Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Xəyanətkarlıq missiyasını yerinə yetirirlər. Ar olsun belə nadanlara!” - Deputatdan sərt tənqid
04 Sen 2021 22:58
5818

“Xəyanətkarlıq missiyasını yerinə yetirirlər. Ar olsun belə nadanlara!” - Deputatdan sərt tənqid

“Azərbaycan bu gün dünyada hörmətlə qarşılanan ölkələrdən biridir. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların hər biri Azərbaycana hörmətlə yanaşır. Əlbəttə, bunun kökündə nəhəng işlər, əmək dayanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qurulan Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi altında daha da gücləndirildi, bununla da qüdrətli ordu quruculuğu prosesi sürətləndirildi. Qüdrətli ordunun sayəsində 30 il işğalda olan ərazilər azad edildi. Zəfər tarixi xalqımızın bütövlüyünü göstərdi. Azərbaycan təkcə Ermənistana deyil, dünya erməniliyinə, faşizminə qalib gəldi. Bu, ermənilərin himayədarlarına da dərs olmalıdır. Azərbaycan xalqı qalib xalqdır. Diqqət edin, Vətən müharibəsindən 9 ay vaxt keçməsinə baxmayaraq işğaldan azad edilən ərazilər bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir. Mədəni, dini tarixi abidələr yenidən bərpa olunur. Bu, xalqımızın kökünə, mədəniyyətinə nə qədər bağlı olduğunu göstərir. Azərbaycan Şuşada mədəni tədbirlər keçirməklə dünyaya sülh mesajı verir. Azərbaycan xarici siyasətdə də mühüm addımlar atır. Azərbaycan təsisatına görə BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz təşkilata uğurlu sədrlik etdiyinə görə müddət daha bir uzadıldı. Azərbaycanın qlobal məsələlərdə mühüm rol oynaması ölkəmizin nüfuzunu artırıb. Təbii ki, bütün bunların həyata keçirilməsində Prezident İlham Əliyevin rolu xüsusidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün qurduğu strategiya, həyata keçirdiyi islahatlar ölkəmizi inkişaf etdirir. Təəssüflər olsun ki, Azərbaycanda düşmən dəyirmanına su tökənlər hələ də var”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Deputat bildirib ki, 1992-1993-cü ildə AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından Azərbaycanın torpaqları işğal edildi: “İndi isə Azərbaycan ərazi bütövlüyünü bərpa edib, xəyanətkar insanlar buna qarşı çıxırlar. Bunlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, xaricdə yaşayan jurnalistlər Qənimət Zahid, Sevinc Osmanqızı da var. Bu anti-milli qüvvələr Azərbaycanın uğurlarına qarşı mübarizə aparırlar. Həmişə demişəm, Əli Kərimli özünü Ermənistanın Azərbaycandakı qeyri-rəsmi səfiri kimi aparır.

Bugünlərdə yeni biri də peyda olub. O da çalışır ki, özünü Ermənistanın Azərbaycandakı qeyri-rəsmi konsulu kimi təsdiqləsin. “Siyasətçi”, monipulyator Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Azərbaycanın uğurlarına qarşı çıxır. Əli Əliyev qeyd edir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki siyasətindən “baş açmır”. Əlbəttə, “baş açmaya” bilər, çünki bunun üçün baş, ağıl lazımdır. Komputer qarşısında danışarkən öz-özünə əsəbləşən adamdan siyasətçi olmaz. Azərbaycan beynəlxalq münasibətlər sistemində uğur qazanmasaydı, Ermənistana, dünya erməniliyinə qalib gələ bilməzdik. Əli Əliyev bunu yaxşı dərk etməli, nəticə çıxarmalıdır”.

C.Osmanov Ə.Əliyevin vaksinləşməyə qarşı çıxmasına da münasibət bildirib: “Dünyada koronavirus pandemiyası tüğyan edir. Belə olan halda, bu xəstəliklə mübarizədə qəbul olunan vasitə vaksindir. Bu, hər bir ölkə üçün milli təhlükəsizlik məsələsidir. Özünü “həkim” adlandıran bu şəxs-Əli Əliyev vaksinə qarşı çıxır, insanlarda qorxu yaradır, itaətsizliyə çağırır. İddia edir ki, vaksin vurduranlarda gələcəkdə müxtəlif fəsadlar yaranacaq. O, bunu deməklə koronavirusa yoluxanların sayının artmasına cəhd göstərir. Əli Əliyev istəyir ki, ölkədə xaotik vəziyyət yaransın. O, istəyinə nail ola bilməyəcək. Özlərini, ətrafındakı 3-5 nəfəri idarə edə bilməyənlər ölkəyə rəhbərlik edə bilməzlər. Onlar ölkəni uğurla idarə edənlərə qara yaxsalar da, nəisə əldə edə bilməyəcəklər. Bu şəxslərin çıxışları gülüş doğurur. Əli Kərimli, Əli Əliyev və digərləri Azərbaycana qarşı düşmən mövqedədirlər, xəyanətkarlıq missiyasını yerinə yetirirlər. Ar olsun belə nadanlara!”

  • Anar
    Anar
    Əli Əliyev..? Bu deputatlara sual yaranır mende görəsən birden bire niye başladız bu insan haqqında danışmaga?
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər