Xəzər dənizinə necə düşüb? - Qeyri-adi tapıntı mütəxəssisləri çaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizinə necə düşüb? - Qeyri-adi tapıntı mütəxəssisləri çaşdırdı

Dünya

06 Oktyabr 2026 00:35 107


Xəzər dənizinin sahilində bataqlıq tısbağası müşahidə edilib. Mütəxəssislər şirin suda yaşayan bu sürünənin dəniz sahilində necə peyda ola biləcəyini izah ediblər.

“Yeni Sabah” xəbər verir ki, tısbağa Qazaxıstanın Manqistau vilayətinin Kurık kəndi ərazisində tapılıb.

Bioloq və quş müşahidəçisi Vasili Bastayev açıqlamasında yayılan videoda bataqlıq tısbağasının görüntüləndiyini təsdiqləyib. Onun sözlərinə görə, bu sürünənlərin Manqistau ərazisində olması qeyri-adi deyil. Belə ki, bu tısbağaların populyasiyası Saura gölü ərazisində uzun müddətdir məlumdur. pizza

Bununla belə, tısbağanın birbaşa Xəzər dənizində peyda olması hələ də müəmmalı olaraq qalır. Mütəxəssislər heyvanın təsadüfən dənizə düşə biləcəyini istisna etmirlər. Mümkün səbəblər arasında insan amili və balıqçılıq torları da göstərilir.

ECO-SOCIAL ictimai birliyinin icraçı direktoru Adilbek Kozybakov bildirib ki, buna bənzər hallar daha əvvəl də qeydə alınıb. Belə ki, əvvəllər Tyuleniy adaları arxipelaqındakı Kulalı adasından bataqlıq tısbağasının foto və videoları daxil olub.

Mütəxəssisin sözlərinə görə, tısbağaların Xəzərin duzlu suyuna tədricən uyğunlaşması ilə bağlı fərziyyə də mövcuddur. Lakin bu versiya hələlik elmi təsdiqini tapmayıb.

Ekspertlər hesab edirlər ki, bu cür qeyri-adi müşahidələr əlavə araşdırma tələb edir. Xüsusilə yerli populyasiyanın sayının, onun digər populyasiyalarla genetik qohumluğunun və sürünənlərin şirin su hövzələrindən kənarda yaşamaq qabiliyyətinin öyrənilməsi təklif olunur.\Modern.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!