Xəzər ətrafında motoyürüş - Aksiyaya qubernator rəhbərlik edir

Xəzər ətrafında motoyürüş - Aksiyaya qubernator rəhbərlik edir

Bölgə Veb saytların hazırlanması

02 Aprel 2023 13:22 844


Aprelin 1-də Həştərxanda “Xəzər dostluq dənizi” avtoyürüşü start götürüb. İştirakçılar 5 ölkənin şəhərlərini gəzəcəklər. Aksiyaya vilayət qubernatoru İqor Babuşkin rəhbərlik edib.

Yenisabah.az mk.ru-ya istinadla xəbər verir ki, motosikletçilər təxminən 5 min kilometr məsafəni 10 günə qət edəcəklər. Kolon Qazaxıstanın Atırau və Aktau, Türkmənistanın Aşqabad və Türkmənbaşı şəhərlərindən, İranın Babolser və Rəşt, Azərbaycanın Astara və Bakı şəhərlərindən keçəcək, yəni Xəzər dənizi ətrafında dövrə vuracaqlar.

Aksiyanın əsas məqsədi Xəzəryanı ölkələrlə mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsidir. Yürüş Xəzəryanı qonşularla əlaqələri gücləndirməyə kömək edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!