Azərbaycan Prezidenti İlham Əliyev E.R.Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Yeni Sabah" xəbər verir ki, sərəncama əsasən, Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Elşən Salahov Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. pizza mizza
İcra Hakimiyyətinin bundan öncəki başçısı isə Gülağa Bayram oğlu İslamov idi.
Telegram kanalımız