Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatdı

Sosial

22 Yanvar 2024 13:44 318


Yanvarın 22-si saat 13:00-a olan faktiki hava açıqlanıb.

Yenisabah.az xəbər verir ki, əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Göygöl, Şəki, Şahdağ, Qax, Astaranın dağlıq ərazilərində qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış yağıb. Toyuqlu pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!