Xəzərə dair Konvensiya İran parlamentində ratifikasiya olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Xəzərə dair Konvensiya İran parlamentində ratifikasiya olunacaq

Dünya

03 Avqust 2026 12:34 77


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesinin yaxın vaxtlarda İran parlamentində həyata keçiriləcəyini bildirib.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, sənədin hüquqi, siyasi və digər aspektləri üzrə araşdırmalar aparılıb.

Bəqainin sözlərinə görə, Konvensiya iyulun 22-də İran hökuməti tərəfindən təsdiqlənərək parlamentə təqdim olunub və yaxın vaxtlarda parlamentdə ratifikasiya mərhələsindən keçməsi nəzərdə tutulur. pizza

XİN sözçüsü vurğulayıb ki, İran beynəlxalq sənədlərə qoşularkən bütün aspektləri nəzərə alaraq diqqətlə qərar verir və bu proses sözügedən Konvensiya ilə bağlı da həyata keçirilib.

O qeyd edib ki, sənədin parlament tərəfindən təsdiqlənməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafına və regiondan kənar qüvvələrin bu su hövzəsindən mümkün sui-istifadəsinin qarşısının alınmasına kömək edəcək.

XİN sözçüsü əlavə edib ki, İran ictimaiyyətində narahatlıq doğuran bəzi məsələlər bu Konvensiyada əksini tapmayıb. Bəqainin sözlərinə görə, başlanğıc xətti məsələsi ayrıca bir konvensiya çərçivəsində müzakirə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!