XİN: 600-ə yaxın Azərbaycan vətəndaşının ölkəyə qaytarılması təmin edilib

saytların hazırlanması

Evə çatdırılma

XİN: 600-ə yaxın Azərbaycan vətəndaşının ölkəyə qaytarılması təmin edilib

Siyasət

08 İyul 2026 13:45 39


"Təhlükə olan coğrafiyalarla bağlı ilkin olaraq xəbərdarlıqlar verilir".

"Yeni Sabah" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O təhlükəli bölgələrə səfər etməməklə bağlı vətəndaşlara çağırış edib: Dördpendirli pizza

“Yaxın Şərqdə son hadisələr nəticəsində vətəndaşlarımızın evakuasiyası ilə bağlı ilkin fürsət yaranan kimi məşğuı olduq. Müxtəlif vəziyyətlərdə konsulluq xidməti göstərildi, bu fəaliyyət mütəmadi davam edəcək. Son illər ərzində Yaxın Şərqin müxtəlif bölgələrində keçmişdə də mövcud olan münaqişə zonalarında yaşayan Azərbaycan vətəndaşlarının müəyyən edilməsi, oradan çıxarılması üçün müxtəlif partnyorlarla işləməklə çətin durumda olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün sistemli iş aparılır. Son illər ərzində 600-ə yaxın Azərbaycan vətəndaşının ölkəyə qaytarılması təmin edilib, bu gün də bu iş davam edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!