XİN: Bir azərbaycanlı həlak olub, o biri itkin düşüb

saytların hazırlanması

Evə çatdırılma

XİN: Bir azərbaycanlı həlak olub, o biri itkin düşüb

Siyasət

06 Oktyabr 2026 10:13 112


Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hücum nəticəsində Azərbaycan vətəndaşı olan 1974-cü il təvəllüdlü gəmi kapitanı Rüstəm Həsənov həlak olub. 2002-ci il təvəllüdlü digər vətəndaşımız Məhəmməd Süleymanzadə itkin düşüb. Hazırda müvafiq axtarış tədbirləri həyata keçirilir. Marqarita pizza

Gəmi heyətində olan digər vətəndaşlarımız xilas edilib, onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib", - məlumatda qeyd olunur.

"XİN ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

"Bir daha Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!