XİN-dən ölkəmizdə işgəncəyə məruz qaldığını iddia edən erməni əsirlə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən ölkəmizdə işgəncəyə məruz qaldığını iddia edən erməni əsirlə bağlı AÇIQLAMA

Hadisə

31 Oktyabr 2020 17:18 2239


Xarici İşlər Nazirliyi Azərbaycanda işgəncələrə məruz qaldığını iddia edən 85 yaşlı Evgeniya Babayanla bağlı məsələyə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib ki, həmin qadın sonradan fiziki zorakılığa məruz qalıb:

“O, sağlamlıq vəziyyətinin yaxşı olmamasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib”.

“Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik”, - deyə XİN rəsmisi qeyd edib.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!