Xocasən qəsəbəsində 4000 ağac əkildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xocasən qəsəbəsində 4000 ağac əkildi - Fotolar

Sosial

15 Mart 2022 14:31 341


Bu gün Xocasən qəsəbəsində 4000 ağac əkilib. "Yeni Sabah" xəbər verir ki, yaz ağac əkini mövsümündə keçirilən genişmiqyaslı ağacəkmə tədbirlərinə "SOCAR Cape" MMC-nin əməkdaşları da qoşulub. 

Torpaq çərşənbəsi günündə keçirilən ağacəkmə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "SOCAR Cape" MMC-nin nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xocasən qəsəbəsi ərazisində Abşeron yarımadasının iqliminə uyğun 4000 ədəd Eldar şamı və zeytun ağacı əkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!