Televiziya aparıcısı Xoşqədəm Hidayətqızı ailədə kişinin fikrinə hörmətlə yanaşdığını və onu əsas götürdüyünü açıqlayıb.
Yenisabah.az xəbər verir ki, aparıcısı olduğu “Səni axtarıram” verilişində bu barədə danışan Hidayətqızı əri ilə aralarındakı münasibətdən də bəhs edib:
“Doğuşla 9 ildir ki, bir yerdəyik. Hamı bilir ki, mən sənət adamı deyiləm, o vaxt toyumuzu Murad Dadaşov aparırdı, mənə dedi ki, bacı, sənə çətin olacaq. Dedim, bilirəm, qardaş, buna hazıram. Biz evlənəndə hər ikimiz fərqli ölkələrdə tanınan insanlar idik və öncədən öhdəliklərimizi bir-birimizlə danışmışdıq. Mən Azərbaycanı çox sevdiyimi, heç vaxt oradan ayrılmaq istəmədiyimi, yaşlı ata-anama baxdığımı, onlar həyatda olduğu müddətcə valideynlərimdən 1 addım da o tərəfə getməyəcəmi Doğuşa demişdim və o da bunu hörmətlə qarşılamışdı. pizza
Bir gün həyat yoldaşım desə ki, Türkiyəyə köçək, orada ailəmizlə yaşayaq desə, əlbəttə, gedəcəyəm. Həyat yoldaşım nə desə, onu da edərəm.
9 ildə bu günə qədər həyat yoldaşım nə deyibsə, mən onu da eləmişəm. Mənim üçün ailə dəyərləri şöhrətdən, karyeradan daha önəmlidir. Ailə dəyərlərimizi qorumalıyıq. Kişi deyirsə ki, bərabər Rusiyaya gedəcəyik, deməli gedəcəyik! Əgər Şəmkirin filan kəndində yaşamalıyıq, deyirsə, orada yaşamalıyıq! Bu qədər!”
Telegram kanalımız