Xoşqədəm şikayətçi qadına: “Uşağın atası başqa kişi olsa...”   - Şok video

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm şikayətçi qadına: “Uşağın atası başqa kişi olsa...” - Şok video

Şou

12 İyul 2023 13:49 2017


Teleaparıcı Xoşqədəm Hidayətqızı şikayət üçün "Səni  axtarıram" verilişinə gələn kişini efirdən qovub. 

Yenisabah.az xəbər verir ki, buna səbəb Abutalıb adlı şəxsin uşağın ona aid olmamasını deməsi və DNT testi tələb etməsi olub. 

Belə ki, Abutalıb həyat yoldaşının illər əvvəl qaçdığını, uşağın ona aid olmadığını iddia edib. Daha sonra o, DNT testi zamanı uşağın ona aid olduğu dəqiqləşərsə, övladını aparacağını bildirib.  Dominos pizza

Bu sözlər teleaparıcını qəzəbləndirib.

"Tərk elə studiyanı, çıx buradan! O qız sənin namusundur. Şərəfindir! Bu qədər talelər göstərirəm. Bu qədər həyat hekayələrini sizinlə birlikdə vərəqləyirəm. İnsanlar bundan nəticə çıxarmırlar. Bu insan görmür ki, 90 yaşlı qadın gəlib burda 76 ilin əvvəlin hekayəsini araşdırır. Bu insanlar dərk etmir ki, ayrılanda kişi ilə qadın bir-birindən ayrılır. Ata ilə uşaq, ana ilə uşaq ayrılmır. 

Bu insan dərk etmir ki, həmin qız sənin namus və şərəfindir. O qızın ata qrafası boş olanda sabah dostu, tanışı içində utanacaq, sən ona travma yaşadırsan" -, deyə Xoşqədəm Hidayətqızı bildirib.

Daha sonra o, anaya üzünü tutaraq DNT testi nəticəsində uşağın atasının Abutalıb çıxmayacağı təqdirdə qadını məhkəməyə verəcəyini deyib:

"İlahə, bunu da sənə deyirəm, mən o kişini bu studiyadan çıxardım. Əgər Abutalıbın dediyi doğru olarsa, o uşaq ona aid olmazsa, mən Abutalın əvəzinə səni məhkəməyə verib, sonuna qədər Abutalıbın yanında dayanacağam!" 

Gülxanım Əliyeva 

Həmin görüntüləri təqdim edirik: 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!