Yandırılaraq öldürülən ər-arvadın FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Yandırılaraq öldürülən ər-arvadın FOTOSU

Kriminal

08 Avqust 2026 16:33 126


Avqustun 6-na keçən gecə Tərtərdə ər-arvadın evinə oğurluğa girən şəxsin mənzili yandırması və ahıl şəxslərin ölməsi barədə məlumat vermişdik.

"Yeni Sabah" xəbər verir ki, ibtidai istintaqla Baxşəliyev Vüqar Mehman oğlunun fərdi yaşayış evindən külli miqdarda pul vəsaitini ələ keçirməsi, törətdiyi oğurluq cinayətinin izlərini gizlətmək məqsədilə evdə yanğın törədərək orada yaşayan Əsgər Səmədovla Adilə Hüseynovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında V.Baxşəliyevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi öldürmə) maddələri ilə tövsif edilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. pizza hut

Dəhşətli hadisədə həyatını itirən 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və onun həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının, eləcə də cinayətdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyevin fotosunu “Qafqazinfo”ya istinadla təqdim edirik.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!