YAP-çı baş redaktor İsa Həbibbəylini   tənqid etdi  - “Olduqca məntiqsiz və...”

saytların hazırlanması

Evə çatdırılma

YAP-çı baş redaktor İsa Həbibbəylini tənqid etdi - “Olduqca məntiqsiz və...”

Siyasət

04 Dekabr 2025 20:42 2108


Milli Elmlər Akademiyasından verilən açıqlmayada deyilir ki, Ramiz Mehdiyevin akademikliyi məhkəmənin verəcəyi qərardan sonra ləğv ediləcək. Bu, olduqca məntiqsiz və səhv yanaşmadır.

“Yeni Sabah” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu bildirib.

"Mehdiyevin necə alim olması hamıya bəllidir. Kimin akademik səviyyəli elm xadimi olub olmamasını heç bir məhkəmə müəyyən etmir. Ona cinayət işini Elmlər Akademiyası qaldırmayıb ki, nəticəni gözləmək lazım olsun. Adam dövlətə xəyanətdə ittiham olunur. Ona görə də Ramiz Mehdiyevi günü sabah akademiklikdən məhrum etmək olar və lazımdır" - deyə Alqış Həsənoğlu əlavə edib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!