YAP-ın Veteranlar Şurası toplandı: Ramiz Mehdiyev məsələsi...

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın Veteranlar Şurası toplandı: Ramiz Mehdiyev məsələsi...

Siyasət

22 Yanvar 2026 17:07 1884


Yanvarın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə gündəlikdə duran məsələlər haqqında məlumat verərək, Şuranın 2025-ci ildə də öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində, müvafiq Tədbirlər Planına uyğun şəkildə davam etdirdiyini vurğulayıb.

Görülən işlərdən bəhs edən A.Rəhimzadə 2026-cı ilin Tədbirlər Planında nəzərdə tutulan məsələlərə nəzər yetirərək, ideoloji işin, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsinin diqqət mərkəzində olacağını vurğulayıb. pizza hut

İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Tahir Rzayev, Elbay Qasımzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca, Nazim İsmayılov, Fidumə Hüseynova, Arif Qaraşov və Zahid Xəlilov çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər.

YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunları qənaətbəxş qiymətləndirilib. 2026-cı ilin Tədbirlər Planı ilə bağlı müxtəlif təkliflər səsləndirilib və yekunda müvafiq qərar qəbul olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, iclasda Prezident Adminstrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı, onun Şura üzvlüyündən çıxarılması haqda təşəbbüs olsa da, bu mövzunun yalnız məhkəmə qərarından sonra müzakirə olunacağı bildirilib.

YENİSABAH.AZ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Leyli
    Hansi Milli suurdan danisirsiz. Milli nese qalibki...Milli Tehlukesizlik Nazirliyi dagilib DtX oldu..z ne milliden danisirsan. Genclerin valideyinleri isden cixarirlir ne ile destek olacaqsiz milli shuurun formalasmasina. Yigismisiz xeyreddin Tahir Eli Elbay Arif Zahid FidumeAdile Zerife ,ve Sedaqet Urxan ne is bacarirsiz siz orda?
    4 months ago