Yaponiya parlamentinin aşağı palatasının sədri, 78 yaşlı Hiroyuki Hosoda qadın jurnalistlərə təcavüzdə ittihamlanıb.
Yenisabah.az "The Asahi"yə istinadla xəbər verir ki, müxalifət partiyaları dinləmələr zamanı iddiaların araşdırılmasını tələb etmək niyyətindədir.
Bundan əvvəl məşhur həftəlik "Şukan Bunşun" 2 dəfə xəbər verib ki, Hosoda dəfələrlə parlamentdə akkreditə olunmuş qadın jurnalistləri təqib edib, onların "sevgilin varmı" sualını verib.
İddialara görə, o, qadın jurnalistlərə zəng və gecə saatlarında evinə dəvət edib. Xüsusilə, birini israrla.
Hosoda bu ittihamları qəti şəkildə rədd edir. O, nəşrə qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədir.
Telegram kanalımız