Yaponiyada güclü zəlzələ: Tokio yaxınlığında böyük təşviş

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada güclü zəlzələ: Tokio yaxınlığında böyük təşviş

Dünya

26 İyun 2026 09:49 111


Yaponiyada 5,8 maqnitudalı zəlzələ baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar iyunun 26-da yerli vaxtla saat 12:46-da (Bakı vaxtı ilə 07:46) qeydə alınıb. Seysmoloqlar zəlzələni orta dərəcəli dağıntılara səbəb ola biləcək güclü təkan kimi qiymətləndirirlər. Pepperoni pizza

Zəlzələnin episentri Çiba prefekturasının Toqane şəhərindən 14 kilometr şimal-şərqdə, Narita şəhərindən isə 26 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 56 kilometr dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə rəsmi məlumat verilməyib. Yaponiya hakimiyyəti vəziyyəti nəzarətdə saxlayır.

Qeyd edək ki, bundan bir gün əvvəl Yaponiyanın şimal-şərqində daha güclü – 7,2 maqnitudalı zəlzələ baş vermiş, nəticədə azı 10 nəfər xəsarət almışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!