Yaponiyada son 125 ilin ən isti yayı qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada son 125 ilin ən isti yayı qeydə alınıb

Dünya

03 Sentyabr 2023 07:21 438


Yaponiya Meteorologiya Agentliyi ölkənin son 125 ildə ən isti yayı keçirdiyini açıqlayıb.

Məlumata görə, iyun-avqust aylarında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb.

Məlum olub ki, yay mövsümündə orta temperatur Selsi üzrə 1,76 dərəcə artıb. Pepperoni pizza

İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da ən yüksək temperatur qeydə alınıb.

“2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada builki orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir", - deyə məlumatda bildirilib.

Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə Selsi kimi qeydə alınıb. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!