Yaponiyadan Rusiyaya daha bir qadağa 

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyadan Rusiyaya daha bir qadağa 

Dünya

18 İyul 2023 10:28 717


Yaponiya Rusiyaya mühərrikinin həcmi 1.9 litrdən çox olan avtomobillərin tədarükünə qadağa qoya bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Yomiuri" nəşri yazıb. 

Məlum olub ki, Yaponiya hökuməti Rusiyaya hibrid avtomobillərin və elektromobillərin tədarükünə qadağa qoymağı da nəzərdən keçirir. Sözügedən tədbirlər xarici ticarət qanunu Yaponiya Nazirlər Kabineti tərəfindən nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra bu ilin avqustunda tətbiq oluna bilər.  pizza

Məlumata görə, 2022-ci ildə işlənmiş yapon avtomobillərinin ümumi ixracının 26%-i Rusiyadan gəlib. Belə ki, son 1 il ərzində Yaponiyadan Rusiyaya təxminən 2 milyard dollar dəyərində 200 minə yaxın avtomobil gətirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!