Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızdı
04 Apr 2021 00:30
747

Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızdı

106 ölkədən olan 533 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatları və telefon nömrələri  internetdə açıq şəkildə yayımlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ən çox ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyadan olan “Facebook” istifadəçiləri zərər çəkib.

Buraya sosial şəbəkə istifadəçilərinin adları, yaşadığı ünvan, doğum tarixləri və digər məlumatlar daxildir.

Mənbə yazır ki, “Facebook” rəhbərliyi məsələ ilə əlaqədar göndərilən sorğuya cavab verməyib./Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər