Yastığın içindən 1 kiloqram qızıl çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Yastığın içindən 1 kiloqram qızıl çıxdı

Dünya

23 Avqust 2026 14:39 31


Türkiyədən Belçikaya qayıdan ailənin avtomobilində aparılan gömrük yoxlaması zamanı qeyri-adi hadisə baş verib. Gömrük əməkdaşları avtomobildəki yastığın içərisində 1 kiloqramlıq qızıl külçəsi aşkarlayıblar.

"Yeni Sabah" xəbər verir ki, hadisə Bolqarıstanın Kapitan Andreevo sərhəd-keçid məntəqəsində baş verib.

Gömrük əməkdaşları bəyan ediləcək hər hansı əşyasının olmadığını bildirən türk vətəndaşının xarici qeydiyyat nişanlı avtomobilini risk analizi əsasında ətraflı yoxlayıblar. Yoxlama zamanı arxa oturacaqda yerləşdirilmiş yastıq əməkdaşların diqqətini çəkib. Marqarita pizza

Yastığın içərisindəki dolğu materialını yoxlayan gömrükçülər orada gizlədilmiş qızıl külçəsini aşkar ediblər. Texniki ekspertizanın nəticələrinə əsasən, külçənin çəkisi 1 kiloqram, saflıq dərəcəsi isə 995 olub.

Məlumata görə, qızılın bazar dəyəri 121 min 10 avro təşkil edib.

Bəyan edilmədən sərhəddən keçirilməyə çalışılan qiymətli metala gömrük əməkdaşları tərəfindən əl qoyulub. Hadisə ilə bağlı Haskovo Regional Prokurorluğunun nəzarəti altında araşdırma başlanılıb.

Bolqarıstan Gömrük İdarəsi 99,5 faiz və daha yüksək saflıqda olan qızıl külçələrinin nağd pul ekvivalenti kimi qiymətləndirildiyini bildirib. Qurum xatırladıb ki, 10 min avrodan artıq məbləğdə pul və ya qiymətli aktivlər sərhəddən keçirilərkən mütləq bəyan edilməlidir.

Gömrük orqanları yüksək məbləğdə pul, qızıl və digər qiymətli əşyalarla səyahət edən şəxslərə səfərdən əvvəl müvafiq gömrük qaydaları ilə tanış olmağı tövsiyə edib./Mətbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!