Yəməndə gecə-gündüz döyüş - Husilərin 44 hərbi vasitəsi məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Yəməndə gecə-gündüz döyüş - Husilərin 44 hərbi vasitəsi məhv edildi

Dünya

04 Oktyabr 2026 11:43 60


Yəməndə husilərə qarşı keçirilən hərbi əməliyyatların sayı açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Yəmən ordusu Taiz və Tur əl-Baha cəbhələrində İranın dəstəklədiyi husilərin hərbi qüvvələrinə qarşı 97 əməliyyat keçirildiyini açıqlayıb. Yəmən Silahlı Qüvvələrinin sözçüsü, polkovnik Macid Abdullah ən-Nezili X sosial şəbəkəsində paylaşdığı açıqlamada əməliyyatların nəticələri barədə məlumat verib.

Onun sözlərinə görə, əməliyyatlar zamanı hərbi təyyarələrdən, pilotsuz uçuş aparatlarından, artilleriya bölmələrindən, raketlərdən və snayperlərdən istifadə olunub. Bildirilib ki, 97 əməliyyat nəticəsində husilərin 260 üzvü “zərərsizləşdirilib”. Bundan başqa, 44 hərbi maşın, eləcə də yükdaşıma və təchizat vasitəsi məhv edilib və ya istifadəyə yararsız vəziyyətə salınıb. pizza mizza

Qeyd edək ki, strateji əhəmiyyət daşıyan Taiz vilayəti Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və dünya ticarəti üçün mühüm əhəmiyyətə malik Babülməndəb boğazının yaxınlığında yerləşir.

Son günlər Taizdə müxtəlif cəbhələrdə gərginliyin artdığı, husi qüvvələrinin kənd ərazilərində irəliləməyə çalışdığı və hücumlar həyata keçirdiyi bildirilirdi.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!