Yeni icra başçısının 35 yaşı var - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısının 35 yaşı var - Foto

Siyasət

13 May 2020 15:58 1927


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Kəlbəcərə yeni icra başçısı təyin edib. Belə ki, Azər Bəhlul oğlu Qocayev sözügedən vəzifəyə təyinat alıb.

Yenisabah.az-ın məlumatına görə, Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsini bitirib. 

Müxtəlif illərdə “Bakı Elektrikşəbəkə ASC”də, “Azərenerji” ASC-nin Sumqayıt ES-də, “Sumqayıt REŞ” MMC-də, “Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb.  Dördpendirli pizza

2017-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin  İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində  Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Ailəlidir, iki övladı var. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!