Yeni ildə uşaqların internetdə nə axtardıqları müəyyənləşdirilib

saytların hazırlanması

Evə çatdırılma

Yeni ildə uşaqların internetdə nə axtardıqları müəyyənləşdirilib

Sosial

04 Fevral 2019 16:11 1014


“Kaspersky Lab” Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycanda Yeni il bayramı tətilində uşaqlar aktiv olaraq vaxtlarını internetdə musiqiyə qulaq asaraq və kino və videoçarxlara baxaraq keçiriblər. Şirkətin anonim statistikasına* əsasən, dekabrın sonunda – yanvarın əvvəlində multimedia məzmunlu saytların payına uşaqların internetdə bütün fəallıqlarının 46%-i düşüb. Axtarış sorğularının qəti lideri “YouTube” olaraq qalıb. Striminq xidmətlərindən isə gənc istifadəçilər “Spotify” və “Netflix”ə üstünlük veriblər. 

“Kaspersky Lab”ın məlumatına görə, Azərbaycanda sosial şəbəkələrin və messencerlərin uşaqların ümumi şəbəkədə aktivliyindəki payı 23% təşkil edib. Gənc istifadəçilər arasında ən populyar sosial şəbəkə “Facebook” olaraq qalmaqdadır. Dominos pizza

Şəbəkədə multimedia əyləncələri və ünsiyyətdən başqa uşaqlar kompüter oyunlarına da çox vaxt ayırıblar. “Kaspersky Lab”ın mütəxəssislərinin hesablamalarına görə, sözügedən dövr ərzində  uşaqların şəbəkədəki aktivliyində bu kateqoriyanın payı təxminən 10% təşkil edib. 

Elektron ticarət saytlarının payına uşaqların internetdə aktivliklərinin 5%-i düşüb. Axtarış sorğuları onu da göstərib ki, hesabat dövründə uşaqlar internetdə elektronika dükanlarını (məsələn, Maxi.az) və universal alış-veriş saytlarını da fəal arayıb (əsasən, “AliExpress”). Bununla yanaşı uşaqlar Tap.az pulsuz elanlar saytını da fəal olaraq sorğulayıb. İngilis dilində daxil edilən axtarış sorğuları arasında isə “Amazon” və “eBay” kimi nəhəng onlayn-riteylerlər lider mövqedə olub.

Eyni zamanda qış tətili ərzində uşaqlar tərəfindən arzuolunmaz saytlara, əsasən də pornoqrafiya məzmunlu resurslara 6%-lik daxilolma cəhdi qeydə alınıb. Gənc istifadəçilərin daxil olduqları saytların 4%-i xəbər saytları olub.

Azərbaycan üzrə təqdim olunmuş bütün göstəricilər 2018-ci ilin dekabrın 22-dən 2019-cu ilin yanvarın 4-dək əldə edilib.

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!