16 Avqust - 05:24
“Yeni Müsavat”dan Azər Ayxanın istefası ilə bağlı AÇIQLAMA

“Yeni Müsavat”dan Azər Ayxanın istefası ilə bağlı AÇIQLAMA

Digər

06 İyul 2022 13:49 724


“Yeni Müsavat" Media Qrupunun baş direktoru Ələsgər Süleymanov "Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxanın istefası ilə bağlı açıqlama verib.

Yenisabah.az-ın məlumatına görə, Ələsgər Süleymanov sosial şəbəkədəki açıqlamasında bildirib:

“"Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizlər üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan "Yeni Müsavat"ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır. Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir. "Yeni Müsavat" Media Qrupunun kollektivi hələ də ümid edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq”.

Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan bu gün bəyanat yayaraq istefa verdiyini bildirib.

Azər Ayxan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!