Yeni pandemiya gəlir: Daha ağır keçəcək  - XƏBƏRDARLIQ

Yeni pandemiya gəlir: Daha ağır keçəcək - XƏBƏRDARLIQ

Sosial Veb saytların hazırlanması

25 Yanvar 2023 09:17 1432


“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts yeni pandemiya xəbərdarlığı ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Qeyts Avstraliyadakı Lou İnstitutunda çıxış edib. 

Onun sözlərinə görə, növbəti pandemiya “COVID-19”dan daha ağır keçəcək və virus insan tərəfindən yaradılacaq. 

Milyarder çıxışı zamanı pandemiyanın ağır keçəcəyini vurğulayıb, dünyanı gözləyən yeni təhlükə barədə xəbərdarlıq edib. 

“Növbəti virus təbii deyil, insan tərəfindən yaradılacaq” deyən iş adamı yeni pandemiyanın dünya iqtisadiyyatına 10 trilyon dollar zərər vuracağını təxmin edib. Diqqətə çatdırıb ki, dünya liderləri növbəti virusa hazırlaşmalı və qabaqcadan plan qurmalıdırlar: 

“Dünyada hər 5 ildən bir pandemiya təlimləri keçirilməlidir. 1000 dollara həyat qurtara bilərsiniz. Bundan daha qənaətcil bir şey yoxdur”, - milyarder vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!