Yeni qurumun vəzifələri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Yeni qurumun vəzifələri müəyyənləşdi

Sosial

06 Fevral 2019 21:12 859


Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. 

“Yeni Sabah”ın məlumatına görə, bu qurum paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq. Onun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakıda həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq. Cəmiyyətin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib. Bu cür qurum bir çox ölkələrdə bu və ya digər formada mövcuddur.

Qərara uyğun olaraq “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!