Yeni sədr AzTV-də “təmizliyə” başlayıb

Yeni sədr AzTV-də “təmizliyə” başlayıb
Yan 24, 2019 02:29
Oxunma sayı: 120

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov “təmizləmə əməliyyatı”na başlayıb.

R. Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılmasına diqqət yönəldib. Bu səbəbdən QSC-nin maliyyə idarəsinin rəisi Şahrza Əliyev və müavinləri vəzifəsindən azad olunub. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.

Televiziyanın maliyyə idarəsinə isə yeni rəhbər təyin olunub.

Şahrza Əliyev Arif Alışanova ən yaxın şəxslərdən biri idi.

Kadr islahatına daxil olan digər məsələ “Xəbərlər” informasiya studiyası ilə bağlıdır. Bu studiyada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar da artıq işdən azad olunublar.

İşdə çıxarılan AzTV-nin Aparat rəhbəri Dəyanət Cəfərov isə keçmiş sədr Arif Alışanovun bacısı oğlu və keçmiş bank əməkdaşı olub. O məhz dayısının hesabına kanalda aparat rəhbəri vəzifəsidə gətirilib və burada uzun müddət maneəsiz fəaliyyət göstərib. 

Bundan əlavə, onları tək işbirliyi bir araya gətirməyib. Dayı-bacıoğlu eyni zamanda biznes ortaqlığı ilə məşğul olublar. 

Belə ki, A.Alışanovun maklerlə torpaq çəkişməsində məhz D.Cəfərov baş rolda olub və zərərçəkmiş kimi məhkəmələrdə iştirak edərək ifadə verib. Və bacıoğlu D.Cəfərov mətbuat xidmətinin qeyd etdiyi kimi, dayısının dövründə deyil, məhz TV-yə yeni rəhbər gələndən sonra, daha dəqiq desək, iki gün əvvəl kanaldan qovulub. 

Qafqazinfo

 

Yenisabah.az