Yeni təyin olunan icra başçısı Fuad Nəcəflinin tələbə yoldaşıdır 

saytların hazırlanması

Evə çatdırılma

Yeni təyin olunan icra başçısı Fuad Nəcəflinin tələbə yoldaşıdır 

Siyasət

08 Avqust 2023 13:00 35757


Vasif Talıbovun ötən ilin dekabrında könüllü şəkildə vəzifədən getməsindən sonra Naxçıvanda yeni siyasi şərait yaranıb. Fuad Nəcəflinin Azərbaycan Prezidentinin muxtar respublika üzrə xüsusi nümayəndəsi təyin edilməsi bölgədə siyasi-mənəvi ab-havanı dəyişib.

Naxçıvan üçün xarakterik olan qorxu mühiti aradan götürülüb, yerli idarəçilikdə yaltaqlıq, lüzumsuz sədaqət və məmura itaət prinsiplərindən imtina edilib.

Yenisabah.az bildirir ki, dəyişiklik növbəsi artıq Vasif Talıbovun dövründən qalan məmurlara çatıb. Düzdür, "xan"ın sıradan çıxarılmasından sonra güc strukturlarında, vergi və gömrük orqanlarında kadr islahatları aparılıb, rüşvətxor və korrupsioner məmurların həbsi həyata keçirilib. Amma icra orqanlarında "kök atmış" talıbovçuların hamısını hakim komandadan uzaqlaşdırmaq mümkün olmayıb. Amma Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Rəcəb Rəhimlinin ötən həftənin sonunda Naxçıvanın Ordubad rayonuna icra başçısı təyin edilməsi ilə bu prosesə start verildiyini söyləmək olar. pizza sifarişi

Yerli müşahidəçilər bu təyinatın Fuad Nəcəflinin arzusu ilə gerçəkləşdiyini bildirirlər. Onların fikrincə, muxtar respublikada öz komandasını formalaşdırmağa çalışan Nəcəfli Rəcəb Rəhimlinin icra başçısı təyin olunması ilə şok həmlə etməyə müvəffəq olub.

Məlumatlara görə, Fuad Nəcəfli ilə Rəcəb Rəhimli tələbə yoldaşı olub. Onlar 1992-1996-cı illərdə Türkiyənin Ankara şəhərində təhsil alıb, bir neçə il eyni yataqxanada qalıblar. Sonradan Fuad Nəcəfli təhsilini Bakıda davam etdirsə də, həmyerlilər arasında əlaqə kəsilməyib. Müsbət reputasiyaya malik olan Rəcəb Rəhimlinin Ordubadın icra başçısı təyin olunması ilə bağlı təklifin də məhz Fuad Nəcəflidən gəldiyi bildirilir.

Məlumatlara görə, Fuad Nəcəfli bu siyasəti davam etdirməkdə qərarlıdır. Yaxın zamanlarda Naxçıvanda digər mühüm postlarda da yeni kadrların təyin olunacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!