Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

31 Oktyabr 2022 15:49 716


Yeni Zelandiya Ukraynadakı vəziyyətlə əlaqədar 14 Rusiya fiziki və 7 hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin XİN rəhbəri Nanaya Mahuta danışıb.

Onun sözlərinə görə, əsasən hərbçilər, müdafiə strukturları və onların rəhbərləri, hərbiləşdirilmiş təşkilatlar sanksiyalara məruz qalıb. Xüsusilə, raket və odlu silahlar hazırlayan və istehsal edən şirkətlərin rəhbərləri və səhmdarları da sanksiyalar siyahısında yer alıb. Dördpendirli pizza

Xatırladaq ki, bundan əvvəl Yeni Zelandiya sentyabrın ortalarında Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu zaman 51 top-menecer və iş adamı, yeni ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı 24 məmur və iki şirkət sanksiya siyahısına daxil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!