“Yəqin ki, bu filmə çəkilməklə səhv etmişəm” - Aktyor

saytların hazırlanması

Evə çatdırılma

“Yəqin ki, bu filmə çəkilməklə səhv etmişəm” - Aktyor

Şou

23 Dekabr 2022 14:35 809


Gənc aktyor Ziya Ağa rol aldığı “Dönənlər” filminin bəzi kinoteatrlarda təqdim edilməməsindən danışıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “7 canlı” verilişində açıqlama verib.

Sənətçi deyib ki, layihənin kinoteatrlarının hamısında yayımlanmaması kədərlidir: Toyuqlu pizza

“Üzüldüyümüz məqamlar var ki, bu film yalnız “Park Cinema”da və Nizami Kinoteatrında - az sayda şəbəkədə gedəcək. “CinemaPlus” da təqdim edilə bilərdi, amma getmədi. Bu, bizim günahımız deyil. Buna görə kimisə qınamıram. Mən şirkətin rəhbəriyəm, şirniyyatın mənə pul gətirməyəcəyini, onun dadlı olmadığını düşünürəmsə, onu satmaram. Onların şəxsi qərarıdır, hörmətlə yanaşıram. Hər halda yəqin ki, mən səhv etmişəm həmin filmə çəkilməklə, ya da səhv edib Farizə (Filmin ssenari müəllifi və prodüseri Fariz Əliyev – red.) inanmışıq.

Məsələn, mənim vecimə də deyil, film hansısa kinoteatrda gedir, ya yox. Mənim üçün dəyərli olan keçdiyimiz proses və bu insanlarla birgə çalışmağım idi. Gəlirim oradan deyil. Lakin bu, Azərbaycan xalqına, kinosuna böyük zərbədir. Bəlkə də versələrdi, zərbə olacaqdı. Yəqin, biz yaxşı iş görməmişik. İnşallah, bir gün biz böyük şirkətlərə çevirilərik. Hər şeyi dövlətin üstünə atmaq olmaz. Əgər mənim qapımda su varsa, qonşu ilə paylaşa bilərəmsə, bunu dövlətdən gözləməməliyəm. Mən insanam, bunu öz qonşuma, millətimin nümayəndəsinə verməliyəm. Hər şeyi elə şəraitə gətirmək lazım deyil ki, kiminsə üstünə ataq.

İnanıram ki, bir gün Azərbaycanda çox film çəkiləcək. Bunun da bir yolu filmlərimizin bütün kinoteatrlarda yayımlanmasıdır. Onların sayı çoxalsın ki, biz də pul qazana bilib, izləyicilərimizə kino bəxş edək, mən Azərbaycan kino izləyicisinə hörmətlə yanaşıram. Hansı ki, bizə əsəbləri var. Deyirlər, kino çəkə bilmirlər. Haqlıdırlar. Çünki bizə pul və təcrübə lazımdır. Bunu da yaratmaq üçün məlumdur nələr olmalıdır. Biz tamaşaçılıramıza çox inanırıq!”.

Qeyd edək ki, bir neçə gün əvvəl “CinemaPlus” kinoteatrlar şəbəkəsindən OLAY-a bildirilmişdi ki, filmin yaradıcılarına təqdimat tarixi kimi 2023-ün mart ayını göstəriblər, onlar isə razılaşmayıb, bu ilin dekabrında təqdim etmək istəyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!