Qarmon ifaçısı Gülbahar Şükürlü dünyasını dəyişən həyat yoldaşı haqda danışıb.
Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan "7 Canlı" verilişində qonaq olan sənətçi efirlərdə ağlamağı sevmədiyini deyib. O, həyat yoldaşı Zahidin dünyasını dəyişməsindən bir ildən çox vaxt keçsə də, onu unuda bilmədiyini bildirib:
"Elə bir veriliş yoxdur ki ağlamayım. Həyat yoldaşım dünyasını dəyişəndən beləyəm. Efirə gələndə evdə deyirlər ki, ağlama. Ona görə həzin mahnı da oxumuram. Bəzən deyirlər, varlığım filankəsi yandırır. İnsan gərək varlığı ilə kimisə sevindirsin, yoxluğu ilə yandırsın. Həyat davam edir, amma mənimki yox. Həyat həyat yoldaşı olanlar üçün davam edir". Sezar pizza
Qeyd edək ki, sənətçinin həyat yoldaşı ötən il 61 yaşında qəflətən dünyasını dəyişib. Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız