“Yüksəliş”in qalibi yüksək vəzifəyə təyin edildi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

 “Yüksəliş”in qalibi yüksək vəzifəyə təyin edildi - FOTO

Sosial

05 May 2026 12:03 246


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinat olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə agentliyin sədri Vüqar Behbudov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nicat Qocayev Sosial Xidmətlər Agentliyinin İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialının müdir müavini təyin olunub.

Qeyd edək ki, o, 1996-cı ildə anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, ölkəşünaslıq ixtisası üzrə magistratura təhsili alıb.

Əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 

N.Qocayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!