Yunanıstan 25 ölkədəki səfirini dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstan 25 ölkədəki səfirini dəyişir

Dünya

03 Fevral 2023 08:18 642


Yunanıstan Rusiya və Ermənistan daxil olmaqla 25 ölkədəki səfirini dəyişmək niyyətindədir. 

“Report” xəbər verir ki, bu barədə Yunanıstanın “antinews.gr” xəbər portalı məlumat yayıb. 

Portal Yunanıstan Xarici İşlər Nazirliyinin 31 yanvar 2023-cü il tarixli daxili sənədinin fotosunu dərc edib.  Marqarita pizza

2023-cü ildə başqa vəzifələrə köçürülməsi nəzərdə tutulan diplomatik korpusun rəhbərləri arasında Yunanıstanın Moskva, Ankara, Brüssel, Vyana, İrəvan, Doha, Yeni Dehli, Tel-Əviv, Tokio və digər şəhərlərdəki səfirləri var. 

Yunanıstan həmçinin, UNESCO yanında daimi nümayəndəsini də dəyişməyi planlaşdırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!