Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarının artması narahatlıq yaradıb.
“Yeni Sabah” xəbər verir ki, Afina Həkimlər Birliyi xüsusilə Attiki bölgəsində ağcaqanadlarla mübarizənin təcili şəkildə gücləndirilməsini istəyib. Birlikdən bildirilib ki, bölgədə virusla bağlı onlarla yoluxma qeydə alınıb və bəzi xəstələr həyatını itirib. Bu səbəbdən ağcaqanadlara qarşı mübarizə tədbirləri gecikdirilmədən və mütəmadi şəkildə həyata keçirilməlidir.
Həkimlər ağcaqanadların çoxalmasının qarşısının alınması üçün tədbirlərin virus yayıldıqdan sonra deyil, əvvəlcədən planlaşdırılmasının vacib olduğunu vurğulayıblar. Toyuqlu pizza
Vətəndaşlara xəbərdarlıq
Yunanıstan vətəndaşlarına da virusdan qorunmaq üçün fərdi tədbirləri gücləndirmək tövsiyə olunub. Afina Həkimlər Birliyi ağcaqanadların çoxalma sahələrində elmi əsaslı və planlı mübarizə aparılmasının vacibliyini qeyd edib.
2026-cı ildə 65 yoluxma qeydə alınıb
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, 2026-cı ilin əvvəlindən avqustun 5-dək ölkədə 65 Qərbi Nil virusu infeksiyası aşkarlanıb. Virus səbəbindən 65 yaşdan yuxarı 6 nəfər həyatını itirib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatlarına görə, Yunanıstan Avropada Qərbi Nil virusuna yoluxma hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir.
Ötən ilin avqust ayına qədər Yunanıstanda 35 yoluxma qeydə alınmışdı. 2025-ci ilin sonuna qədər isə ölkədə ümumilikdə 96 Qərbi Nil virusu hadisəsi aşkarlanıb və 10 nəfər həyatını itirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız