Yusif İldırımzadənin polkovnik qardaşı məhkəməyə VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Yusif İldırımzadənin polkovnik qardaşı məhkəməyə VERİLDİ

Hadisə

17 Mart 2024 12:02 5137


Təqaüddə olan polkovnik məhkəməyə verilib.

"Unikal"ın məlumatına görə, İldırım Rasim Əli oğlu mülki hüquq pozuntuları ilə əlaqədar Məmmədov Bəhruz Əfruz oğlu tərəfindən məhkəməyə verilib. Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, Rasim İldırım Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini olub, polis polkovnikidir.  Dominos pizza

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digər qardaşı isə ləğv olunmuş "Əmrah" Bankın  təsisçisi Yunus İldırımzadədir. 

Rasim İldırım əsasən Beynəlxalq Universitetin kecmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi video görüntü ilə gündəmə gəlmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!