Zakir Həsənov Misirdə müasir silah və döyüş texnikası nümunələrini izlədi - Fotolar

Zakir Həsənov Misirdə müasir silah və döyüş texnikası nümunələrini izlədi - Fotolar

Siyasət Veb saytların hazırlanması

04 Dekabr 2023 19:09 533


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının “Leonardo” şirkətinin, eləcə də Misirin “ARMADA” və “AOI” şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.

Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!