Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak etdi - Fotolar

Siyasət

30 Avqust 2025 22:37 568


Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb. Toyuqlu pizza

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.

Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təqdim olunub.

Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!