Zakir Qaralov Abşeronda vətəndaşlarla görüşdü

Zakir Qaralov Abşeronda vətəndaşlarla görüşdü
Noy 15, 2019 12:27
Oxunma sayı: 86

Baş prokuror Zakir Qaralov noyabrın 15-də Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. 

"Yeni Sabah"a daxil olan məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Abşeron rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 18 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. 

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürüldü.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. 

Yenisabah.az