Zamiq oğlunu birinci sinfə yola saldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zamiq oğlunu birinci sinfə yola saldı - Fotolar

Şou

15 Sentyabr 2025 11:46 278


Müğənni Zamiq Hüseynov oğlu Zeyni bu gün birinci sinfə yol salıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb:

"Oğlum… Bu gün həyatının ən mühüm səhifələrindən biri açıldı. Balaca əllərinlə məktəbin qapısından içəri addım atdın, amma mənim üçün sən həmişə o körpə qolları ilə boynuma sarılan balaca oğlumsan. Səni seyr edərkən həm qürurlandım, həm də kövrəldim. Çünki böyüməyini izləmək mənim üçün həm sevinc, həm də göz yaşları deməkdir. pizza mizza

Arzum budur ki, yolun hər zaman işıqlı, qəlbin mərhəmətli, biliklərin sonsuz olsun. Unutma, oğlum: sənin arxanda hər zaman atan dayanır – bütün gücü, sevgisi və duaları ilə. Səni ürəyim qədər sevirəm. Birinci sinfin mübarək, həyatımın ən gözəl hədiyyəsi. Allah bütün övladları xoşbəxt eləsin!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!