Zaur narazılıq etdi: “Təkcə Bakıda 40-a yaxın qəza oldu“  - Video
26 Fev 2021 14:57
390

Zaur narazılıq etdi: “Təkcə Bakıda 40-a yaxın qəza oldu“ - Video

Tanınmış teleaparıcı Zaur Baxşəliyev Bakıya yağan qarın fəsadlarından danışıb.

Yenisabah.az xəbər verir ki, efirdə aidiyyatı qurumlara səslənən aparıcı onların bu vəziyyətə hazır olmadıqlarını bildirib:

“Bakı 9 il bundan qabaq görmüşdü. İllər sonra yenidən belə hava yaşadıq. Düzdür, bizdən də soyuq ölkələrdə yaşayanlar var, hətta bizim bu etirazlarımıza “Onda biz nə edək, aylarla qar yağır” deyənlər oldu. Bakı sanki buna alışıq deyil, soyuq havaya dözümsüzdür. Bunlar hamısı bizi qardan çəkinməyə vadar edir. Nəzərə alsaq ki, sinoptiklər bir həftə əvvəldən demişdilər ki, qar yağacaq, yollar buz bağlayacaq. Onda gərək aidiyyatı qurumlar yollardakı vəziyyətə hazır olaydılar. Biz sanki vərdiş etmişik ki, əşşi, qar Bakıda onsuz da iki günlükdür. Amma gərək insanların gediş-gəliş yolları təmizlənəydi. Düzdür, uşaqlar sevinir, ancaq digər şeyləri də nəzərə almaq lazımdır. Dəniz gözəldir, amma içinə düşəndə adamı batırır. Qar da gözəldir, lakin fəsadları çoxdur. Təkcə Bakıda 40-a yaxın qəza oldu. Qara hazır olmalı idik...”

Qeyd edək ki, Bakıya yağan qar fəsadlara səbəb olub. Qarın yağması nəqliyyatın fəaliyyətini iflic edib. Yollara yağan qarın təmizlənməməsi, maşınlarla yanaşı piyadaların da gediş-gəlişinə mane olub.

Xatırladaq ki, hava şəraitinin dəyişkən olacağı, qarın yağması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidməti bir neçə gün əvvəl məlumat vermişdi.

Həmin görüntüləri təqdim edirik: 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər