Zaxarova: ABŞ Ermənistana bərabərhüquqlu tərəfdaş kimi yanaşmır

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: ABŞ Ermənistana bərabərhüquqlu tərəfdaş kimi yanaşmır

Dünya

03 İyun 2026 15:59 59


ABŞ Ermənistana bərabərhüquqlu tərəfdaş kimi yanaşmır.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, may ayının sonunda Ermənistan və ABŞ iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyası da daxil olmaqla, bir sıra sənədlər imzalayıblar. Sənədlərin heç biri beynəlxalq müqavilə təşkil etmir və buna görə də tərəflər üçün heç bir konkret öhdəlik yaratmır. pizza mizza

"Gəlin sualı verək: bərabərhüquqlu tərəfdaşa belə yanaşılırmı? Əlbəttə, yox. Bərabərlikdən danışanda, bu, yalnız bəyanatlar, bəyanatlar, vədlər və andlarla məhdudlaşmır. Əslində, söhbət beynəlxalq müqavilələrdə münasibətlərin rəsmiləşdirilməsindən gedir".

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ və Ermənistan əvvəllər strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıblar, lakin əvvəlki Amerika vədləri heç vaxt yerinə yetirilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!