Zaxarova: Jurnalistin ölümündə təqsirkar olanlar mütləq cəzalanacaq

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: Jurnalistin ölümündə təqsirkar olanlar mütləq cəzalanacaq

Dünya

22 İyul 2023 21:49 975


Rusiyalı jurnalist Rostislav Juravlyovun vəhşicəsinə qətlində günahkar olanlar layiqli cəzalarını alacaqlar, Kiyevə kaset sursatları tədarük edənlər də məsuliyyəti bölüşəcəklər.

Yenisabah.az xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın yaydığı şərhdə deyilir.

“Rusiyalı jurnalistə qarşı amansız repressiya edənlərin layiqli cəzası qaçılmaz olacaq. Bütün məsuliyyət ölçüsünü Kiyevdəki müdafiəçilərini kaset sursatları ilə təmin edənlər bölüşəcəklər”, - deyə diplomat qeyd edib. pizza mizza

Zaxarova hesab edir ki, hər şey Zaporojye vilayətində jurnalist qrupuna hücumun təsadüfən baş vermədiyini göstərir. O, həmçinin “beynəlxalq strukturların rus jurnalistlərə qarşı törədilən iyrənc cinayətə göz yummağa üstünlük verəcəyinə” əminliyini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!