Zelenski baş prokuroru və təhlükəsizlik direktorunu işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski baş prokuroru və təhlükəsizlik direktorunu işdən çıxardı

Dünya

18 İyul 2022 00:23 837


Ukrayna prezidenti Volodimir Zelenski baş prokuror İrina Venediktova və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu vəzifəsindən azad edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Zelenski sərəncam imzalayıb.

Bakanov xidməti vəzifələrini lazımınca yerinə yetirməmək ittihamı ilə işdən çıxarılıb. Zelenski bu şəxsləri vəzifədən uzaqlaşdırmasını hüquq-mühafizə orqanlarının nümayəndələri arasında dövlət xainlərinin çoxluğu ilə izah edib. pizza hut

“Mən Baş prokurorun və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin vəzifəsindən azad edilməsi barədə qərar qəbul etdim. Dövlətə xəyanət və prokurorluq, ibtidai istintaq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının əməkdaşlığa görə bu günədək 651 cinayət işi qeydə alınıb. 198-ci cinayət işi üzrə müvafiq şəxslərə şübhə ilə bağlı məlumat verilib”, - Zelenski axşam çıxışında deyib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!