Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: “Krım azad olunmadıqca müharibə bitməyəcək”

Dünya

03 İyul 2023 15:02 941


“Krım azad olunmadıqca müharibə bitməyəcək”. 

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik”. Sezar pizza

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!