Zelenski: “Silah tədarükü ilə bağlı müsbət qərarlar var”

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: “Silah tədarükü ilə bağlı müsbət qərarlar var”

Dünya

09 Fevral 2023 19:44 814


Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Qərb qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı artıq müəyyən müsbət qərarlar var, lakin Rusiyanın bunlardan xəbəri olmamalıdır. 

O, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb.

“Pərdə arxasında qırıcılarla bağlı müəyyən müsbət qərarlar alınıb”, - deyə dövlət başçısı qeyd edib. pizza

Prezident həmçinin bildirib ki, Britaniyaya səfərindən sonra uzaqmənzilli silahların tədarükü məsələsində də irəliləyişlər mövcuddur.

Xatırladaq ki, bundan öncə Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna üçün uzaqmənzilli silahlar və qırıcı təyyarələr məsələsi, görünür, artıq öz həllini tapıb.(oxu.az)

Mənbə: pravda.com.ua

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!