Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəldi

Dünya

20 Sentyabr 2026 22:52 725


Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının payız sessiyasının başlayacağı Nyu-Yorkda görüşəcəklər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” hesabında məlumat verib.

“Az əvvəl Prezident Trampla danışdım. Vacib söhbət oldu və bir çox məsələləri müzakirə etməyə imkan tapdıq. Nyu-Yorkda görüşmək barədə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika göz qabağındadır”, - deyə Zelenski yazıb. Dördpendirli pizza

Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri zamanı mühüm detalları ətraflı işləyiblər.

“Gərginliyin azaldılması tədbirləri və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi və insanların həyatının qorunması ilə bağlı ideyalar var”, –Ukrayna Prezidenti əlavə edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!