Zelenski Ukraynanın “Şimal axını“ boru kəmərinin partladılmasında iştirakını təkzib edib

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Ukraynanın “Şimal axını“ boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Dünya

23 Avqust 2026 20:52 60


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin "Şimal axını" boru kəmərinin partladılması əməliyyatının planlanması və ya həyata keçirilməsində iştirakı yönündəki iddianı təkzib edib.

"Yeni Sabah"xəbər verir ki, bu barədə V. Zelenski avqustun 23-də Kiyevdə keçirdiyi mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq bildirib.

"Kiyev hadisənin bütün hallarının müəyyən edilməsi üçün tərəfdaşlarla birgə fəaliyyətə açıqdır, Ukrayna hüquq mühafizə orqanları artıq müvafiq əməkdaşlıqda iştirak edir. Ukrayna tərəfi bu məsələni Almaniya ilə yüksək səviyyədə ilk dəfə müzakirə etmir. Onlar əla bilirlər ki, Ukrayna müvafiq əməliyyatın həyata keçirilməsinin və planının arxasında durmayıb. Hazırda ittihamların irəli sürüldüyü və şahidlərin dindirildiyi istintaq aparılır. Bundan başqa, aralarında ukraynalıların da olduğu vətəndaşlarla bağlı hallar araşdırılır. Ukraynanın Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğul olur və tərəfdaşlarla daimi əlaqə saxlayır. Biz hər şeyə açığıq. Ukrayna üçün tammiqyaslı müharibənin əvvəlindən onu dəstəkləyən Avropa ölkələrinin tərəfdaşlığını və etibarını itirməmək vacibdir", - Ukrayna lideri deyib.\"Report" Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!