Fransanın cənub-şərqində yerləşən Vyen şəhərinin hakimiyyəti Volodimir Zelenskinin Ermənistan və Qarabağ haqqında sözlərdən sonra meriya binasının fasadından Ukrayna bayrağını çıxarıb.
Yenisabah.az "Le Dauphine Libere"yə istinadla xəbər verir ki, binada Ukrayna bayrağı 2022-ci ilin fevralında quraşdırılmışdı.
Oktyabrın 4-də Zelenski ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Ukrayna prezidenti özn Teleqram kanalında yazıb ki, o, Bakıya humanitar, xüsusən də enerji sektoruna yardımagörə təşəkkür edib. Dominos pizza
Prezidentlər regional təhlükəsizlik, çağırışlar və qarşılıqlı fəaliyyət formalarını müzakirə edib, həmçinin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliklərini təsdiqləyiblər.
Ermənipərəst Vyen meriyası Zelenskinin bu açıqlamalarından narazı qalıb.
Telegram kanalımız