Zəlzələ ilə bağlı qorxulu detal: 6,8 bal gücündə…

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ ilə bağlı qorxulu detal: 6,8 bal gücündə…

Dünya

22 Yanvar 2025 10:17 237


Xəbər verdiyimizm kimi, Türkiyənin Çanaqqala ərazisində güclü zəlzələ baş verib. Ayvacıkdan 6,62 kilometr məsafədə və yer səthindən 8,65 kilometr dərinlikdə meydana gələn zəlzələ Çanaqqala ilə yanaşı, Balıkesir, Tekirdağ və İzmirin mərkəzi və rayonlarında da hiss olunub. Mərkəzə yaxın yaşayış məntəqələrində panika və narahatlığa səbəb olan zəlzələ nəticəsində ilkin məlumatlara görə heç bir mənfi hal qeydə alınmayıb.

Yenisabah.az xəbər verir ki, Yer elmləri üzrə mütəxəssis Prof. Dr. Naci Görür Çanaqqaladakı zəlzələdən sonra sosial media hesabında 1944-cü ildə baş vermiş 6,8 bal gücündəki zəlzələyə diqqət çəkərək belə bir açıqlama verib:

“Edremit körfəzində, Egey dənizində, Edremit fay zonasında 5,3 bal gücündə zəlzələ oldu. Bu fay zonası Şimal Anadolu fay zonasının cənub qolunu təmsil edir. Bu körfəzdə 1944-cü ildə 6,8 bal gücündə qorxunc bir zəlzələ olmuşdu. Mərmərə bölgəsi və Şimal Egey ümumilikdə stress toplayır”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!